az
en
Bu gün: 30 May 2017
Müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpozium

Bakı, 6-7 oktyabr 2011-ci il

 AMEA Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 2011-ci il oktyabrın 6-7-də müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpozium keçirir.

Simpozium çərçivəsində aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulub:

 

  • Azərbaycanda qadın təhsilinin tarixi;
  • Qadın təhsilinin tarixi: Şərq və Qərb təcrübəsi;
  • Təhsildə mesenatlıq və xeyriyyəçilik;
  • İctimai-siyasi və mədəni həyatda qadınların rolu: tarix və müasir vəziyyət.

Simpoziumda iştirak etmək üçün tezislər və anket 2011-ci il aprelin 15-dək farhadcabbarov@mail.ru elektron ünvanına göndərilməlidir. Tezislər qəbul olunduqda, məruzələr 2011-ci il iyulun 10-dək göstərilən elektron ünvana göndərilməlidir.
Simpoziumda iştirak etmək üçün dəvətlər 2011-ci il sentyabrın 15-dək göndəriləcək. Dəvət olunan iştirakçılar öz iştiraklarını 2011-ci il sentyabrın 25-dək təsdiq etməlidirlər.
Xarici ölkələrdən gələn iştirakçıların Bakıda qalma və yemək xərclərini qəbul edən tərəf öz üzərinə götürür. Bakıya gəlmə və getmə xərcləri iştirakçıların öz hesabınadır.

      Tezislərin tərtibatına dair tələblər:

  1. Tezislərin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
  2. Tezislər Azərbaycan, ingilis və rus dillərində təqdim oluna bilər.
  3. Mətnin həcmi – 1 səhifəyədək.
  4. Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.

      Məruzələrin tərtibatına dair tələblər:

  1. Məruzənin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
  2. Məruzələr ciddi redaktə olunduqdan sonra Təşkilat komitəsinə göndərilməlidir.
  3. Məruzələr Azərbaycan, ingilis və rus dillərində təqdim oluna bilər.

Məruzələrin mətninin tərtibatına dair tələblər:

  1. Mətnin həcmi – 10 səhifəyədək.
  2. Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.
  3. İstinadlar – hər səhifənin sonunda. Şrift – Times New Roman, 12, sətirlərarası interval – 1.
  4. Müəllifin adı və soyadı, məruzənin adı kursivlə (İtalic) göstərilməlidir.

Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.

    Çıxış

    Simpoziumda çıxış vaxtı – 10-15 dəqiqə.
    Çıxışlar Azərbaycan, ingilis və rus dillərində ola bilər (tərcümə təmin olunur).

Təşkilat komitəsinin koordinatları:

Azərbaycan Respublikası, Bakı, 1005, H.Z.Tağıyev küçəsi, 4, Milli Azərbaycan Tarixi Muzeyi.

Telefon: (99412) 5981739
             (99412) 4932387
Faks:     (99412) 5985211

Elektron poçt: farhadcabbarov@mail.ru
Veb-sayt: www.azhistorymuseum.gov.az
Əlaqələndirici şəxs: Fərhad Cabbarov.

Anket (doldurulması mütləqdir)

İştirakçının adı və soyadı

 

Ölkə, şəhər

 

İş yeri, vəzifəsi, iş yerinin ünvanı və telefonu

 

Əlaqə telefonu

 

E-mail ünvanı

 

Elmi adı, dərəcəsi

 

Məruzənin tam adı

 

Məruzə və çıxış hansı dildə olacaq

 

Çıxış zamanı proyektordan istifadə olunacaqmı

Hə/Yox

Elanlar