az
en
Bu gün: 20 Oktyabr 2017
“Azərbaycan multikulturalizmi” (Ali məktəblər üçün dərslik, Bakı, 2017, 416 səh.) əsəri nəşr olunmuşdur

Kitab Azərbaycan Dillər Universiteti Elmi Şurasının qərarı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap olunmuşdur.

Əsərin elmi redaktorları akademik Kamal Abdulla və professor Etibar Nəcəfovdur.

Dərsliyin həmmüəlliflərindən biri Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Əli Fərhadovdur. O, “Azərbaycan multikulturalizminin publisistik qaynaqları” (səh. 140-147) yarımfəslinin müəllifidir. Yarımfəsildə  XIX əsrin sonu - XX əsrin əvvəllərində Cənubi Qafqazda nəşr olunan qəzet və jurnallardakı məqalələrdə Azərbaycanın mütərəqqi din xadimlərinin, görkəmli publisistlərin multikultural düşüncələri, həmçinin erməni və gürcü publisistlərinin Azərbaycan mədəniyyəti mövzusundakı fikirləri öz əksini tapmışdır.

Muzey kollektivi adından Ə.Fərhadovu təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzu edirik.

FLICKR

YOUTUBE

FACEBOOK

Elanlar