az
en
Bu gün: 17 Avqust 2017
“Azərbaycan tarixində almanlar” adlı fotosərginin vaxtı uzadıldı

 Milli Azərbaycan Tarixi Muzeyində nümayiş olunan “Azərbaycan tarixində almanlar” adlı fotosərginin vaxtı 1 oktyabr 2017-ci il tarixinə qədər uzadıldı.

Xatırladaq ki, fotosərgi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarına əsasən uyğun olaraq qurulub. Fotosərgidə orta əsrlər dövründə Azərbaycanda olmuş alman səyyahları, XIX əsrdə almanların Azərbaycana köçürülməsi, XIX – XX əsrin əvvəllərində Azərbaycanda alman koloniyalarının həyatını əks etdirən materiallar nümayiş olunur. Fotomateriallar onları izah edən müvafiq elmi məlumatla zənginləşdirilmişdir. Sərgidə 140-a yaxın fotoşəkil, müxtəlif illərdə alman təşkilatlarının Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyələri göstərilir.

FLICKR

YOUTUBE

FACEBOOK


Elanlar