az
en
Bu gün: 30 May 2017
Muzeydə növbəti mühazirə keçirilib

Muzey əməkdaşları mütəmadi olaraq elmi-kütləvi tədbirlər həyata keçirirlər.

Bu istiqamətdə 19 may 2017-ci il tarixində ADPU-nin Tarix fakültəsinin III kurs tələbələrinin təşəbbüsü ilə “Elmlər arası inteqrasiyada tarixin rolu (Muzey eksponatları əsasında)” adlı disskusiya şəklində seminar təşkil edilmişdir. Seminarı Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin aparıcı elmi işçisi m.ü.f.d. Nardanə Yusifova aparmışdır.

Seminar Muzeyin elmi ekspozisiyasında nümayiş olunan eksponatlar əsasında keçirilmişdir. Seminarda N.Yusifova humanitar və dəqiq elmlər arasındakı məntiqi əlaqəni izah etməklə, eksponatlar əsasında forma-məzmun vəhdəti istiqamətində tələbələrlə disskusiya aparmışdır.

Seminarın sonunda tələbələri maraqlandıran suallar N.Yusifova tərəfindən ətraflı cavablandırılmışdır.

 FLICKR

OUTUBE

FACEBOOK

Elanlar