az
en
Bu gün: 25 Iyul 2017
Muzeydə ənənəvi “Muzey “Təşəkkür edir”” adlı tədbir keçirilmişdir

Milli Azərbaycan Tarixi Muzeyində “Muzey “Təşəkkür edir”” adlı tədbir keçirilmişdir.

Tədbirdə 2017-ci ilin birinci yarısında muzeyin elmi-mədəni və ictimai tədbirlərinin təşkilində və onun fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasında fərqlənənlərə muzeyin təşəkkürnamələri təqdim olunmuşdur. Təltif olunanlar sırasında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Milli Konservatoriyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, 2 nömrəli Texniki Humanitar lisey, 6 nömrəli orta məktəb-lisey, 8 nömrəli tam orta məktəb, 272 nömrəli tam orta məktəb, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), LiderTV, "Olaylar" İnformasiya Agentliyi, “Edumap.az” Təhsil Portalı və digər iştirakçılar olmuşdur.

FLICKR

YOUTUBE

FACEBOOK


Elanlar