az
en
Bu gün: 30 May 2017
Milli Azərbaycan Tarixi Muzeyi xüsusi gücləndirilmiş rejimlə çalışır

Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi xüsusi gücləndirilmiş rejimlə çalışır. Bu ərəfədə ölkəmizdə olan xarici qonaqlar Azərbaycanın aparıcı muzeylərindən olan Milli Azərbaycan Tarixi Muzeyinə üz tuturlar. Son günlər Muzeyi ziyarət edən turistlərlərin sayı çoxalıb. Bu baxımdan Muzeydə əlavə bələdçi qrupu yaradılmış və təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Muzeydə reekspozisiya işləri görülmüş, ekspozisiyada “Qarabağ atı” bölməsi yaradılmışdır.

Şərqlə Qərbin vəhdətini özündə əks etdirən və memarlıq incilərimizdən olan ecazkar Muzey binası xarici qonaqları valeh edir. Azərbaycanın zəngin tarixini özündə əks etdirən ekspozisiya zalları, xüsusilə də Muzeydə fəaliyyət göstərən H.Z.Tağıyevin xatirə muzeyi turistlərin xüsusi marağına səbəb olur. 

FLICKR

YOUTUBE

FACEBOOK

Elanlar