az
en
Bu gün: 25 Iyul 2017
Muzeydə “Açıq qapı” günü keçirilmişdir

18 may Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində “Açıq qapı” günü keçirilmişdir. Hər il ənənəvi olaraq muzeylərin peşə bayramında bu xoşməramlı layihə həyata keçirilir. Bu ənənəyə sadiq olaraq Muzey bu gün də öz ziyarətçilərini pulsuz qəbul edib. Tamaşaçıların böyük sevincinə səbəb olan bu gündə Muzeyi xarici və yerli qonaqlar, xüsusilə məktəblilər ziyarət ediblər. Gün ərzində Muzeyi 2500-ə qədər qonaq ziyarət etmişdir.

Qeyd edək ki, Muzeydə fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvləri də bu gün Muzey işçilərinə yaxından kömək etmiş, ziyarətçilərə xidmət göstərmişlər.

 

FLICKR

YOUTUBE

FACEBOOK

Elanlar