az
en
Bu gün: 17 Avqust 2017
Muzey əməkdaşı Şamaxıda beynəlxalq simpoziumda iştirak edib

Milli Azərbaycan Tarixi Muzeyinin Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini, t.ü.f.d. Həbibə Əliyeva Şamaxıda keçirilən “III  Beynəlxalq Həmzə Nigari Türk dünyası mədəni irsi” adlı simpoziumunda iştirak etmişdir.

Şamaxı şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialı, Türkiyə Cümhuriyyəti Amasya Üniversiteti və Amasya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyi ilə birgə keçirilən beynəlxalq simpoziumda Türkiyə, Makedoniya, Rusiya, İtaliya və b. ölkələrin ali məktəb və elmi müəssisə tədqiqatçıları qatılmışdılar.

T.ü.f.d. H.Əliyeva simpoziumda “Sufizmin rəmzi olan təbərzinlər  üzərində epiqrafik yazı nümunələri” adlı məruzə ilə çıxış etmişdir. Məruzəçi elektron slaydın nümayişi ilə Milli Azərbaycan Tarixi Muzeyində qorunan  sufi dərvişlərin atributu sayılan təbərzin-baltaları foto-şəkillər ilə iştirakçılara təqdim etdi.

Sonra H.Əliyeva Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşrlərini, Muzey eksponatlarından ibarət broşürləri və tarixi mövzularda müxtəlif kitabları simpoziumda iştirak edənlərə hədiyyə etmişdir.

 

FLICKR

YOUTUBE

FACEBOOK

 

Elanlar