az
en
Bu gün: 20 Oktyabr 2017
Muzey əməkdaşları “Azərbaycan muzeylərində Çin sənəti” mövzusunda keçirilən seminarda iştirak ediblər

Milli Azərbaycan Tarixi Muzeyi Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov və Hədiyyələr və xatirə əşyaları fondunun kiçik elmi işçisi Günel Alıyeva Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Azərbaycan muzeylərində Çin sənəti” mövzusunda keçirilən seminarda iştirak etmişdir.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov muzey işi sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı haqqında danışıb, Ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı Azərbaycan və Çin arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə etdiyi dövlət səfəri çərçivəsində Pekində Paytaxt Muzeyi və Sian şəhərində Terrakota Ordusu Muzeyində Çinin qədim tarixini və mədəniyyətini əks etdirən zəngin kolleksiyalar ilə tanış olduğunu xatırladıb.

G.Alıyeva Muzeyin zəngin bölmələrindən olan Hədiyyələr və xatirə əşyaları fondunda mühafizə olunan Çin Xalq Respublikası nümayəndələri tərəfindən verilmiş hədiyyələr haqqında ətraflı məlumat vermişdir. Daha sonra Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor R.Abbasova Muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə edilmişdir. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilmişdir.

FLICKR

YOUTUBE

FACEBOOK

 

 

Elanlar