az
en
Bu gün: 23 May 2017
Muzeydə “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilib

Muzeydə Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin direktoru A.İsmayılovanın təşkilatçılığı ilə “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi N. Yusifova qonaqları salamladı və xalqımızın qədim adət-ənənələrini əks etdirən Novruz bayramının tarixi haqqında məlumat verdi. Sonra məktəbin direktoru A. İsmayılova Muzey rəhbərliyinə, akademik Nailə Vəlixanlıya Azərbaycan xalqının milli-mənəvi irsinin təcəssümü olan Novruz bayramının bu möhtəşəm binada keçirilməsi üçün yaratdığı şərait və dəstək üçün minnətdarlığını bildirdi və  bayram münasibətilə Azərbaycan xalqını təbrik etdi.

Bayram şənliyi xalqımızın zəngin adət-ənənələri, tarixi dəyərlərini özündə əks etdirən səhnəcik, rəqs və şeir nömrələri ilə davam etmişdir. Şagirdlərin ifasında Novruz bayramının milli özəlliklərin tamaşaçılara nümayişi Muzeyə ziyarətə gələn xarici ölkə vətəndaşlarının da diqqətini çəkmişdir.

Sonda Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri E.Dadaşov məktəbin direktoru A.İsmayılova başda olmaqla tədbirin təşkilində zəhməti keçən hər kəsə təşəkkürünü bildirmiş, xüsusilə xarici qonaqların tədbiri sona qədər izlədiklərini və belə tədbirlərin milli dəyərlərimizin dünyada tanıtmaq və təbliğ etmək istiqamətində əhəmiyyətini vurğulamışdır.

Qeyd olunan şöbənin elmi işçisi Sahibə Ələkbərova şagirdləri “H.Z.Tağıyevin xatirə muzeyi” ilə tanış etmiş və onları maraqlandıran sualları cavablandırmışdır.

 

Bayramınız Mübarək!

FLICKR

YOUTUBE

FACEBOOK


Elanlar