az
en
Bu gün: 30 May 2017
Muzeydə Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Beynəlxalq Elmi-Praktiki Konfrans 

Şirvanın tarixinə yeni baxış: faktlar, mülahizələr”

 28-29 sentyabr 2017 - Bakı-AZƏRBAYCAN

Konfransın təşkilində əsas məqsəd min illik tarixə malik və dövlətçilik mərkəzlərindən biri olan, dövlətçiliyimizin rəmzi sayılan Şirvanşahlar dövlətinin siyasi, iqtisadi, mədəni tarixinə bir daha diqqəti çəkməkdən  ibarətdir.

 KONFRANSIN MÖVZULARI

Tarix -

Mədəniyyət -

Memarlıq -

Arxeologiya -

Etnoqrafiya -

Numizmatika -

Epiqrafika -

Ədəbiyyat-

Folklor -

Sənət tarixi -

Restavrasiya və bərpa işləri -

Turizm və mediya -

Mədəni irsin qorunmasında müzey və qoruqların rolu -

KONFRANSIN İŞTİRAK ETMƏ ŞƏRTLƏRİ:

Xarici ölkələrdən gələn qonaqların otel və yemək xərcləri təşkilatçılar tərəfindən ödənilir

Məruzələr Azərbaycan, Türk, Rus və İngilis dillərində ola bilər. 

Məqalələr 01 iyun 2017-ci ilə qədər göndərilməlidir.

Məqalə foto və şəkillər daxil olamaqla toplam 8 səhifəni keçməməlidir.

Yazı xarakteri - Times New Roman 12 punto, sətır aralığı tək (bir) olmalıdır.

Başlıq - birinci səhifədə 3 sətir aşağıdan və 14 punto bold olarak yazılmalıdır.

 SƏHİFƏNİN FORMATI

 A4 kağız, səhifədə kənarlarda buraxılacaq boşluq nümunələri:

-Sol tərəfdə 4 cm

-Sağ tərəfdə 4 cm

-Üst qisimdə 5 cm

-Alt qisimdə 5 cm boşluq buraxılmalıdır.

 Məqalənin başlığı 14 punto və bold olmalıdır. Azərbaycan ya da türk, rus dilində olan məqalələrin ingilis dilində başlıq və 200 söz İngilis dilində xülasəsi olmalıdır. İngilis və rus dilində olan məqalələrin 200 söz Azərbaycan və türk dilində xülasəsi olmalıdır. Məqalədə girişnəticə olmalıdır.

MƏNBƏLƏRİN GÖSTƏRİLMƏSİ

Parantez sistemi (Əliyeva, 2002: 123) ya da dipnot sistemi istifadə oluna bilər. Ancaq məqalənin sonunda Ədəbiyyat siyahısı: başlığı altında əlifba sırası ilə alt alta sıralanmalıdır.

 E-mail:

 v.quliyeva@mail.ru                                            nargiz.aliyeva.52@mail.ru

 

Elanlar