az
en
Bu gün: 30 Mart 2017
Muzeydə Beynəlxalq konfrans keçiriləcək

Türk mədəniyyətinin min illik təcrübəsinin mədəni irs çərçivəsində tədqiq edilməsi böyük əhəmiyyətə malikdir. Ümumdünya, həmçinin Türkiyə-Azərbaycan mədəni əlaqələrinin davam etdirilməsində elmi tədbirlər mühüm yer tutur. Bu baxımdan Bakıda keçiriləcək bu konfrans dünya, o cümlədən Türk mədəni irsinin tədqiqi, təbliği və qorunması baxımından bir model olacaq.

 Təşkilatçılar:

AMEA Milli Azərbaycan Tarixi Muzeyi

Almaniya Türklərin Dünyası İnstitutu

Ağrı İbrahim Çeçen Universiteti

Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqi Mərkəzi Başqanlığı-Konya


VII Beynəlxalq “Türk İncəsənəti, Tarixi və Folkloru” Konfransı / Sənət fəaliyyətləri

11 - 15 aprel 2017-ci il

Bakı, Azərbaycan

 

Konfransın mövzuları

- Türk incəsənəti

- Türk tarixi

- Türk ədəbiyyatı

- Türk musiqisi

- Türk folkloru

- Türk mədəniyyəti

- İncəsənət tarixi

- Arxeologiya

- Bərpa və konservasiya

- Coğrafiya

- Təhsil

- Turizm

- Mədəni mirasın qorunmasında muzeylərin rolu


Konfransda iştirak şərtləri:

-250 sözdən ibarət xülasə 05.03.2017 tarixinə qədər göndərilməlidir.

-Məruzələr türk, Azərbaycan, rus və ingilis dillərində təqdim edilə bilər.

-Plakat afişa 50x70 sm ölçülərində olmalıdır.

-Konfrans zamanı açılacaq "Türk İncəsənəti" sərgisinə bir ədəd əsər ilə müraciət edilə bilər (şəkillər maksimum 60x40 sm., heykəl, çini qablar maksimum 20 sm. ölçüsündə olmalıdır. Qəbul edilən sənət əsərlərinə dəyə bilən hər cür ziyan və zərərin məsuliyyəti iştirakçının özünə aiddir).

 

- Konfransda iştirak haqqı - 25 dollar.

- Plakat afişa ilə iştirak haqqı - 25 dollar.

- Sərgidə iştirak haqqı - 25 dollar.

- Ödəniş qaytarılmır.


E-poçt ünvanı: congress.azerbaijan@gmail.com

 

Web-adres:

http://www.selcuk.edu.tr/turk_el_sanatlari_uyg_ars_mrkz/

www.azhistorymuseum.az

 

 

 

 

 

Elanlar