az
en
Bu gün: 23 Noyabr 2017
“Hacı Zeynalabdin Tağıyev klubu”nun cari il üçün ilk məşğələsi keçirilmişdir

 Azərbaycanın XIX – XX əsrin əvvəllərində yaşamış görkəmli sahibkar və mesenatı Hacı Zeynalabdin Tağıyevin (1838-1924) adını daşıyan klub 2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərir.

11 fevral 2017-ci il tarixində klubun cari ilin ilk məşğələsi keçirilmişdir. H.Z.Tağıyevin həyat və fəaliyyətinə həsr olunan tədbir Muzeyin Elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov tərəfindən aparılmışdır.

H.Z.Tağıyevin özü və ailə üzvlərinin nadir fotoşəkilləri və sənədlərdən ibarət slaydın müşaiyyəti ilə keçirilən mühazirədə xeyriyyəçinin həyatı haqqında ətraflı məlumat verilmiş, bəzi əsassız mülahizə və mübahisəli məlumatlara aydınlıq gətirilmişdir.

Məşğələdə xüsusi maraq çəkən məqamlardan biri də Zeynalabdin Tağıyev adlı klub üzvünün iştirakının olması idi. Belə ki, Səbail rayonu 6 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Zeynalabdin babası ilə H.Z.Tağıyev arasında olan əlaqələr barədə məlumat vermişdir.

Tədbirin sonunda F.Cabbarov iştirakçıların suallarını cavablandırmış, “Hacı Zeynal Abdin Tağıyev” adlı kitab-albomu 11-ci sinif şagirdi Z.Tağıyevə hədiyyə etmişdir.

Xatırladaq ki, “H.Z.Tağıyev klubu”nda məşğələlər hər ayın ilk və son şənbə günü saat 12:00-da keçirilir. Kluba üzv olmaq ödənişsizdir. Əlaqə nömrəsi: 493 1134

FOTOŞƏKİLLƏR

BİZİM YOUTUBE KANALIMIZ

BİZİM FB SƏHİFƏMİZ

Elanlar