az
en
Bu gün: 18 Noyabr 2017
Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlının kitabı Almaniyada nəşr olunub

Xəbər verildiyi kimi, dünyanın aparıcı nəşriyyat evlərindən olan Palmarium Academic Publishing akademik Nailə Vəlixanlının “İbn Xordadbeh. Yollar və məmləkətlər kitabı” əsərini təkrar nəşr etdirmək haqqında təkliflə müraciət etmişdir. Bir neçə gün əvvəl daxil olan məlumata görə, kitab (Наиля Велиханлы. Ибн Хордадбех. Книга путей и стран – Саарбрюкен (Saarbrücken): Palmarium Academic Publishing, 2016. – 544 с. ISBN  978-3-659-60450-8) artıq işıq üzü görmüşdür. Almaniyanın Saarbrüken şəhərində rus dilində çap olunan kitab ərəb coğrafiya elminin ilk nümayəndəsi İbn Xordadbehin (IX əsr) əsərinin tərcüməsi və şərhləri əsasında hazırlanmışdır.  KitabdaXilafət dövrü Cənubi Qafqaz, Orta Asiya ölkələrinin tarixinə, tarixi coğrafiyasına dair qiymətli məlumatlar, həmçinin İbn Xordadbehin marşrutu əsasında tərtib olunan xəritə-sxemlər verilir.

Elanlar