az
en
Bu gün: 18 Noyabr 2017
Şirvanşahlar dövlətinin tarixinə dair yeni kitab işıq üzü görmüşdür

Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika elmi fon şöbəsinin müdiri, görkəmli numizmat, əməkdar mədəniyyət işçisi, t.e.d., professor Əli Rəcəblinin ərsəyə gətirdiyi “Şirvanşahlar dövlətinin sikkə zərbi” monoqrafiyası işıq üzü görmüşdür.

Əsər Azərbaycan Respublikası ərazisində tapılmış və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan sikkələr əsasında hazırlanmışdır. Təqdim olunan əsərdə ilk dəfə minillik Şirvanşahlar dövlətinin sikkə zərbi tədqiq olunmuşdur. Kitab-albomun əsas məqsədi sırf praktik önəm daşımaqla, Azərbaycan tarixi tədqiqatçılarını Şirvanşahların bizə gəlib çatan nadir, elmə məlum olmayan, qismən də az tanınan sikkələri ilə tanış etməkdir.

 

Əsər tarixçilər və Azərbaycan numizmatikası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Elanlar