az
en
Bu gün: 30 May 2017
“Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” mövzusunda tədbir keçiriləcək

imgOktyabrın 23-də saat 11:00-da AMEA Hüseyn Cavidin ev-muzeyində Azərbaycan  Milli  Elmlər Akademiyasının 70 illik yubileyi  və Hüseyn Cavidin anadan olmasının 133-cü  ildönümü münasibəti ilə “Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Tədbirdə “Gənc nəslin mənəvi inkişafında Hüseyn Cavid yaradıcılığının yeri və rolu”, “Hüseyn Cavidin dini, fəlsəfi-əxlaqi, pedaqoji görüşləri yeni nəslin düşüncə konsepsiyası kimi”, “Hüseyn Cavidin ədəbi-bədii irsinin didaktik əhəmiyyəti”, “Hüseyn Cavid ideyaları milli tərbiyəvi idealın reallaşdırılması müstəvisində” və s. mövzular üzrə məruzələr dinləniləcək.

 

Elanlar