az
en
Bu gün: 25 Iyul 2017
“Muzeylər və mədəni irs” mövzusunda Beynəlxalq Konfrans (Bakı şəhəri, 1-3 noyabr 2010-cu il)

AMEA Milli Azərbaycan Tarixi Muzeyi 2010-cu il 1-3 noyabrda Muzeyin yaradılmasının 90 illiyinə həsr olunmuş “Muzeylər və mədəni irs” mövzusunda Beynəlxalq konfrans keçirir.

Konfransın mövzuları:

· Milli Azərbaycan Tarixi Muzeyində mədəni irsin öyrənilməsi, mühafizəsi, təbliği

· Mədəni irs və lokal muzeylər

· Mədəni irsin konservasiyası

· Mədəni irsin qorunmasında və təbliğində müasir texnologiyaların tətbiqi

· Mədəni irsin təbliği və nümayişi

Konfransın dili:  Azərbaycan, ingilis, rus

Konfransın keçirildiyi yer: Bakı, H.Z.Tağıyev küçəsi, 4, Milli Azərbaycan Tarixi Muzeyi

Məruzələrin son qəbul müddəti – 1 iyul 2010-cu il

Məruzələrin tərtibinə dair tələblər:  kağızın formatı - A4, Word redaktorunda; həcmi - 3 səhifəyədək; şrift - Times New Roman 12; sətirlərarası interval - 1,5;

Məruzələr aşağıda göstərilən elektron ünvana təqdim edilməlidir. Məruzələr Azərbaycan, ingilis və rus dillərində ola bilər. Elmi-Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məqalələrin geri qaytarılması hüququnu özündə saxlayır.

Bizimlə əlaqə: 1005, Azərbaycan Respublikası, Bakı şəhəri, H.Z.Tağıyev, 4, Milli Azərbaycan Tarixi Muzeyi.

Telefon: +99412598-17-39;  +99412598-17-42; +99412493-23-87

Faks:    +99412598-52-11

e-mail:  farhadcabbarov@mail.ru (Fərhad Cabbarov)

            farizkhalilli@yahoo.com (Fariz Xəlilli)

Elanlar