az
en
Bu gün: 20 Sentyabr 2017
Milli Azərbaycan Tarixi Muzeyində qorunan Azərbaycan dövlətçilik rəmzləri

Milli Azərbaycan Tarixi Muzeyinin silah kolleksiyasında Azərbaycan dövlətçiliyinin ən qədim atributlarından sayılan buncuq və şeşpər nümunələri saxlanılır. Muzeyin xanlıqlar dövrünə aid  zalında nümayiş etdirilən şeşpər Qarabağ xanı İbrahimxəlil xana məxsus olmuşdur (1796-1806). 1805-ci il 14 may Kürəkçay müqaviləsinin şərtlərinə əsasən Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə daxil oldu. Bunun müqabilində xan və onun nəslinin bütün hüquqları saxlanılırdı. Şeşpər Milli Azərbaycan Tarixi Muzeyinə 1928-ci il dekabrın 9-da İbrahimxəlil xanın nəvəsi  Allahyar Cavanşir tərəfindən hədiyyə verilmişdir. Qızıl suyuna çəkilmiş şeşpər poladdan tökülmüşdür. Üzəri həndəsi zolaqlı naxışlarla işlənmişdir. Qalan üç hissə bir-biri ilə qara xətlərlə ayrılır,bu hissələr qızıl çərtmələrlə nəbati, üç və dörd ləçəkli çiçək və yarpaqlardan ibarət bəzəklərlə bəzədilmişdir. 

Elanlar