az
en
Bu gün: 29 Mart 2017
Muzeydə Girdiman dövlətinə həsr olunmuş açıq dərs

Milli Azərbaycan Tarixi Muzeyində qədim Azərbaycan dövləti olan Girdimana həsr olunmuş açıq dərs keçirildi. Açıq dərs F.Köçərli adına Respublika kitabxanası tərəfindən 160 saylı klassik gimnaziyanın 7-ci sinif şagirdləri üçün təşkil olunmuşdur. Dərsdə Girdiman dövlətinin Azərbaycan tarixində tutduğu mövqeyi barəsində məlumat verilmişdir. Sözügedən dövrün ictimai-siyasi hadisələri haqqında haqqında ətraflı danışılmış, müvafiq eksponatlar nümayiş olunmuşdur. Şagirdlər “Lider” telekanalına verdikləri müsahibələrində keçirilmiş açıq dərsin məmnunluğu ilə bölüşdülər.

Elanlar