az
en
Bu gün: 30 May 2017
Milli Azərbaycan Tarixi Muzeyinin uşaq bağçaları ilə əməkdaşlığı davam edir

“Super Kids club”unun bir qrup müəllim və uşaqları Muzeyə ekskursiyaya gəlmişlər. Balacaları Elmi maarif şöbəsinin əməkdaşı Niftaliyeva Ülviyyə qarşılayaraq, “İbtidai insanlar” mövzusunda  məlumat verdi. Sonda uşaqlara və müəllimlərinə Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin əməkdaşları Əsədova Nüşabə və Həsənova Ramiyə Milli Azərbaycan Tarixi Muzeyinin müxtəlif nəşr olunmuş kitablarını təqdim etdilər. Mövzu ilə bağlı fotoşəkillərlə saytın “fotoqalereya” bölümündə tanış olamaq olar.

Elanlar