az
en
Bu gün: 21 Iyul 2017
Muzeydə skripka sənəti tarixi ilə bağlı açıq dərs keçirildi

Milli Azərbaycan Tarixi Muzeyində skripka sənəti tarixinə həsr olunmuş açıq dərs keçirildi. Azərbaycan tarixçiləri ictimayi birliyinin idarə heyətinin sədri Namiq Rüstəmovun UNİSER fərdi məktəbinin şagirdləri ilə keçirdiyi açıq dərsdə skripka musiqi alətinin tarixi barədə danışılmış, skripkanın prototipi olan musiqi alətlərinin təsvirləri nümayiş olunmuş, Amati, Stradivari, Qvarneri kimi dahi ustalar haqqında ətraflı danışılmışdır. Həmçinin dərs zamanı Nikolo Paqaninin “24 №-li kapriz” musiqi əsəri dinlənilmişdir. Tədbirin fotoları ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.

Elanlar