az
en
Bu gün: 20 Sentyabr 2017
Muzeydə şahmat tarixinə həsr olunmuş açıq dərs keçirildi

Milli Azərbaycan Tarixi Muzeyində şahmatın tarixi mövzusunda açıq dərs keçirildi.

Azərbaycan tarixçiləri ictimayi birliyinin idarə heyətinin sədri Namiq Rüstəmovun UNİSER fərdi məktəbinin şagirdləri ilə keçirdiyi açıq dərsdə şahmat tarixi haqqında məlumat vermişdir. Dərs zamanı şagirdlər Azərbaycanın ilk “şahmat üzrə” tarixçisi - Şəhriyar Quliyev , şahmat üzrə kompozisiya ustası  –  Məcnun Vahidov və  başqa Azərbaycan xalqının görkəmli nümayəndələri, onların şahmat haqqında olan fikirləri barədə  ətraflı məlumat almışdılar. Həmçinin tələbələrə  rəssam və heykəltəraşların: Altay Hacıyev , Mənzər Ağayev, Hafiz Məmmədov , Qalib Həsənov , Fuad Fərəcov, Fikrət Həşimov , Rövşən kimi  şahmat mövzuları üzrə əsərləri nümayiş olunmuşdur.

Tədbirin fotoları ilə saytın “Fotoqalereya” bölümündə tanış olmaq olar.

Elanlar