az
en
Bu gün: 20 Sentyabr 2017
“Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” IV respublika elmi konfransı (Bakı, 19 iyun 2014-cü il)

AMEA Milli Azərbaycan Tarixi Muzeyi 2014-cü il iyunun 19-da “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” IV respublika elmi konfransını keçirir. Konfrans çərçivəsində aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulub:

  • muzeylərdə elmi, fond və ekspozisiya işi və Azərbaycan tarixinin öyrənilməsi
  • muzey pedaqogikası və tarixi tədqiqatlar
  • Azərbaycan tarixinin təbliğində muzeylərin rolu
  • Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri

Konfransda iştirak etmək üçün məruzələrin tezisləri və anket 2014-cü il martın 20-dək  behmen_76@mail.ru  elektron ünvanına göndərilməlidir.

      Tezislərin tərtibatına dair tələblər:

  1. Tezislərin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
  2. Mətnin həcmi – 1 səhifəyədək.
  3. Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.

    Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.          

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur. Məruzələrin tərtibinə dair tələblər:

kağızın formatı – A4, Word redaktorunda;

həcmi – 4 səhifəyədək;

şrift – Times New Roman 14;

sətirlərarası interval – 1,5;

istinadlar – avtomatik, səhifənin sonunda (şrift – Times New Roman 10, interval 1).

     Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.

 

Təşkilat komitəsinin koordinatları:

Azərbaycan Respublikası, Bakı, 1005, H.Z.Tağıyev küçəsi, 4, Milli Azərbaycan Tarixi Muzeyi.

Telefon:   (99412) 4932387

             (99412) 5981740

             (99412) 5981739

Faks: (99412) 5985211

Elektron poçt: behmen_76@mail.ru

Veb-sayt: www.azhistorymuseum.az

Əlaqələndirici şəxs: t.ü.f.d. Bəhmən Kərimov

 

Anket (doldurulması mütləqdir)

İştirakçının adı və soyadı

 

Şəhər, rayon

 

İş yeri, vəzifəsi, iş yerinin ünvanı və telefonu

 

Əlaqə telefonu

 

E-mail ünvanı

 

Elmi adı, dərəcəsi

 

Məruzənin tam adı

 

Elanlar