az
en
Bu gün: 28 Mart 2017
Ana səhifə    Xəbərlər
Xəbərlər

Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında təşkil olunan “Qadın geyim bəzəkləri” sərgisi Azərbaycanın ənənəvi qadın geyim bəzəklərinə həsr olunub.

Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq yeni hədiyyələrlə zənginləşir.

İngiltərənin məşhur “Viktoriya və Albert” muzeyində “Azərbaycan və Qafqazın öyrənilməsi üçün Britaniya Fondu”nun təntənəli təqdimat mərasimi keçirilmişdir.

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları: Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d Səbuhi Əhmədov və Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov Azərbaycan Milli İncəsənət Muzeyində keçirilmiş gənc rəssamların sənət əsərlərindən ibarət “Reinkarnasiya” adlı rəsm sərgisində iştirak etmişlər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Koroğlu dastanı gürcü dilində” adlı tədbir keçirilmiş, “Koroğlu” dastanının gürcü və azərbaycan dillərindəki ortaq nəşrinin təqdimatı olmuşdur.

AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında mövcud razılaşmaya əsasən 26 yanvar 2017-ci il tarixində Muzeyin ekspozisiya zalında növbəti dərs keçirilmişdir.

27 Yanvar 2017, 12:57

Hörmətli ziyarətçilər,

31 yanvar tarixində keçiriləcək “təmizlik günü” ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin elmi-ekspozisiyası fəaliyyət göstərməyəcək.

26 yanvar 2017-cı il tarixində AMEA-nın əsas binasında İtaliya Milli Sağlamlıq İnstitutunun nümayəndələrinin iştirakı ilə “Ətraf mühit və sağlamlıq: İtaliya və Azərbaycan təcrübəsi” mövzusunda seminar təşkil olunmuşdur.

“Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” adlı regional seminarın iştirakçıları proqram çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişdirlər.

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq tədbirlərdə mütəmadi olaraq iştirak edirlər. Belə ki, 25 yanvar 2017-ci il tarixində Azərbaycan Xalça Muzeyində “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda keçirilən regional seminarda Muzeyin əməkdaşı iştirak etmişdir.

12345678910
Elanlar