az
en
Bu gün: 17 Avqust 2017
Ana səhifə    Xəbərlər
Xəbərlər

19-29 may 2017-ci il tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə AMEA Arxeologiya və Etnoqrafiya istitutunun nəzdində təşkil olunmuş, t.ü.f.d. Xəqani Alməmmədovun rəhbərlik etdiyi “Qarabağ neolit-eneolit dövrü arxeoloji ekspedisiyası”nın qazıntı işlərində iştirak etmişdi.

2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində görkəmli sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin (1838-1924) adını daşıyan klub fəaliyyət göstərir.

26 may 2017-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin “Tarixə səyahət” kinoklubunda növbəti filmin nümayişi keçirilmişdir.

Milli Azərbaycan Tarixi Muzeyində Bakı Dövlət Universitetin Tarix fakültəsinin III kurs tələbələrinin çıxış və iştirakı ilə açıq dərs təşkil edildi. Fənlərarası inteqrasiya yolu ilə metodika, mənbəşünaslıq və tarixşünaslıq fənləri üzrə keçirilən dərslərin mövzularına aydınlıq gətirildi.

26 May 2017, 16:14

Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d. Sevinc Vahabova BDU-nun Sabah qrupundan olan tələbələrə mühazirə oxumuşdur.

Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığıyla Azərbaycan Dövlət Musiqili Teatrında orta əsr dahi türk sufi şairi Yunus Əmrənin həyatından bəhs edən "Aşka Yolculuk" adlı teatr tamaşası nümayiş etdirilib.

2017-ci il mayın 24-də Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixində almanlar” adlı fotosərginin ictimai açılışı keçirilmişdir.

Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq məktəblilər üçün açıq dərslər keçirilir. Növbəti belə dərs Xətai rayonu 55 saylı tam orta məktəbin tarix müəllimi Zümrüd Həsənquliyeva tərəfindən aparılmışdır.

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixində almanlar” adlı fotosərgi təşkil olunmuşdur.

Bakı Dövlət Universitetində BDU Tarix fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə tarixi-intellektual müsabiqə keçirilmişdir.

12345678910
Elanlar