az
en
Bu gün: 26 Aprel 2017
Ana səhifə    Xəbərlər
Xəbərlər

Milli Azərbaycan Tarixi Muzeyi tarix elminin təbliği və maarifçilik missiyasını uğurla həyata keçirir.

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları davamlı olaraq milli və beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak edirlər.

30 mart 2017-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsi və Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “31 mart – azərbaycanlıların soyqırımı” gününə həsr olunmuş tədbir keçirildi.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonunda anım tədbiri keçirilib.

Milli Azərbaycan Tarixi Muzeyi ilə əməkdaşlıq haqqında müqavilə imzalamış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında hərb tarixinə dair konfrans keçiriləcək. Konfransın elanını təqdim edirik:

Çexiya Respublikasının Praqa şəhərində yayımlanan “Vmeste” radiostansiyası martın 30-u, saat 18.00-da görkəmli Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş veriliş yayımlayacaq.

Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq yeni hədiyyələrlə zənginləşir. Belə ki, “Azərbaycan: bir multikulturalizm nümunəsi” mövzusunda keçirilən tədbirdə çıxış edən “Multikulturalizm” jurnalının baş redaktoru F.Uğurlu jurnalın 2016-cı il 1-4-cü nömrələrini Muzeyin kitabxanasına hədiyyə etmiş, Muzey əməkdaşlarını jurnalla əməkdaşlıq etməyə dəvət etmişdir.

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına müvafiq olaraq mütəmadi olaraq multikulturalizm mövzusunda seminarlar keçirilir.

29 Mart 2017, 12:52

 AMEA Milli Azərbaycan Tarixi Muzeyi aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:

Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin müdiri;

Etnoqrafiya elmi fond şöbəsinin müdiri;

Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri;

Paytaxtda keçirilən I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində “Azərsu” ASC AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlını, muzeyin elmi katibi t.ü.f.d. Fərhad Cabbarovu və aparıcı elmi işçi t.ü.f.d. Məmməd Məmmədovu diplomlarla təltif etmişdir.

12345678910
Elanlar