az
en
Bu gün: 23 May 2017
Ana səhifə    Xəbərlər
Xəbərlər

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Milli Qəhrəmanı Şahlar Əvəz oğlu Şükürovun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında keçirilən “Xalq qəhrəmanları ilə tanınır” adlı tədbir Milli Qəhrəmanın anadan olmasının 65-ci ildönümü münasibətilə təşkil olunmuşdur.

Milli Azərbaycan Tarixi Muzeyində “Tariximiz dünən, bu gün... bölgələrimizi tanıdaq” layihəsi reallaşıb. Layihənin rəhbərləri Qurbanova Aygül İlqar qızı və Nizami rayonu 272 saylı orta məktəbin tarix müəllimi Şirvanova Səyalədir.

Azərbaycan Xalça Muzeyində Azərbaycan  Dövlət  Mədəniyyət  və İncəsənət Universitetinin və Azərbaycan  Xalça Muzeyinin birgə layihəsi əsasında “Muzey və könüllülər” adlı tədbir keçirilmişdir.

Mayın 17-də AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində “18 May Beynəlxalq Muzeylər Günü”nə  hazırlıq ilə əlaqədar toplantı təşkil edilmişdir.

16 May 2017, 16:55

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 270 nömrəli 12 may 2017-ci il tarixli sərəncamına əsasən ixtisas, xarici dillər, fəlsəfə (dissertantlar üçün) və Azərbaycan dili (xarici vətəndaşlar üçün) fənlərindən doktorluq imtahanlarının qəbulu ilə bağlı

16 may 2017-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi ilə imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən həmin muzeyin konfrans zalında 18 may – Beynəlxalq Muzeylər gününə həsr olunmuş “Muzeylər: müasir tendensiyalar” adlı konfrans keçirilmişdir.

2017-ci il ayın 15-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində açılışı keçirilmiş “Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin materialları müvafiq kataloqda çap olunmuşdur.

2017-ci il ayın 15-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin açılışı keçirildi.

Qarabağ atı Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. Hazırda Azərbaycan Respublikasında milli at cinsi hesab olunan Qarabağ atı xalqımızın simvollarından biri kimi qəbul olunur.

12345678910
Elanlar