az
en
Bu gün: 25 İyun 2017
Ana səhifə    Xəbərlər
Xəbərlər

Şövkət Həsən qızı Məmmədova 1897-ci il aprel ayının 18-də Gürcüstanın Tiflis şəhərində, kasıb pinəçi ailəsində anadan olmuşdur. 6 yaşında ikən Tiflisdə özəl məktəbdə təhsil almış, valideynləri Şövkətin musiqiyə olan marağını görüb onu uşaq musiqi məktəbinin fortepiano sinfinə yazdırmışlar.

Alı Mustafa oğlu Mustafayev 1952- ci il aprel ayının 14-də Qazax rayonunun Qazaxbəyli kəndində, fəhlə ailəsində doğulmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-1973-cü illərdə ordu sıralarında xidmətdə olmuşdur.

13 Aprel 2017, 10:09

Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları digər muzey əməkdaşları tərəfindən də daim maraqla qarşılanır. Belə ki, Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova tərəfindən bu istiqamətdə növbəti ekskursiya keçirilib.

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Türk sənəti, Tarixi və Folkloru Konqresi/Sənət fəaliyyəti” adlı VII Beynəlxalq Konfrans öz işinə başlamışdır.

Türk mədəniyyətinin min illik təcrübəsinin mədəni irs çərçivəsində tədqiq edilməsi böyük əhəmiyyətə malikdir.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında İctimai Elmlər Bölməsinin (İEB) ümumi yığıncağı keçirilib. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin müdiri, t.ü.e.d., prof. Əli Rəcəbli iştirak etmişdirlər.

Milli Azərbaycan Tarixi Muzeyi tariximizin təbliği missiyasını uğurla həyata keçirir. 

2013-cü ildən Milli Azərbaycan Tarixi Muzeyində görkəmli sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin (1838-1924) adını daşıyan klub fəaliyyət göstərir.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın növbəti əsəri - “Milli Azərbaycan Tarixi Muzeyi:Tarix, Elm və Mədəniyyət”  (Bakı: “Elm və təhsil”, 2017, 200 səh.) adlı məqalə və məruzələr toplusu çap olunub.

Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin  elmi işçisi Əli Fərhadov Kitabevim.az-da keçirilən kitab təqdimatında iştirak və çıxış etmişdir.

11121314151617181920
Elanlar