az
en
Bu gün: 30 Mart 2017
Ana səhifə    Xəbərlər
Xəbərlər

Milli Azerbaycan Tarixi Muzeyi ilə əməkdaşlıq haqqında müqavilə imzalamış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında hərb tarixinə dair konfrans keçiriləcək. Konfransın elanını təqdim edirik". 

Çexiya Respublikasının Praqa şəhərində yayımlanan “Vmeste” radiostansiyası martın 30-u, saat 18.00-da görkəmli Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş veriliş yayımlayacaq.

Milli Azərbaycan Tarixi Muzeyi davamlı olaraq yeni hədiyyələrlə zənginləşir. Belə ki, “Azərbaycan: bir multikulturalizm nümunəsi” mövzusunda keçirilən tədbirdə çıxış edən “Multikulturalizm” jurnalının baş redaktoru F.Uğurlu jurnalın 2016-cı il 1-4-cü nömrələrini Muzeyin kitabxanasına hədiyyə etmiş, Muzey əməkdaşlarını jurnalla əməkdaşlıq etməyə dəvət etmişdir.

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına müvafiq olaraq mütəmadi olaraq multikulturalizm mövzusunda seminarlar keçirilir.

29 Mart 2017, 12:52

 AMEA Milli Azərbaycan Tarixi Muzeyi aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:

Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin müdiri;

Etnoqrafiya elmi fond şöbəsinin müdiri;

Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri;

Paytaxtda keçirilən I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində “Azərsu” ASC AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlını, muzeyin elmi katibi t.ü.f.d. Fərhad Cabbarovu və aparıcı elmi işçi t.ü.f.d. Məmməd Məmmədovu diplomlarla təltif etmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikası məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət dörd qrup bayram ərəfəsində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.

Milli Azəbaycan Tarixi Muzeyinin əməkdaşları davamlı olaraq KİV-lərdə Azərbaycan tarixinin təbliği ilə məşğul olurlar. Belə ki, Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin əməkdaşı Sahibə Ələkbərova “ATV Səhər” proqramına müsahibə vermişdir.

27 Mart 2017, 10:56

Hörmətli ziyarətçilər,

28 mart  tarixində keçiriləcək “təmizlik günü” ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin elmi-ekspozisiyası fəaliyyət göstərməyəcək.

12345678910
Elanlar