az
en
Bu gün: 25 İyun 2017
Ana səhifə    Mədəniyyət xəbərləri
Mədəniyyət xəbərləri

Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı Bəhlulzadə Səttar Bəhlul oğlu 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 1927-ci  ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933 -cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib. Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı

Beynəlxalq “İRS-Naslediye” jurnalının ilk nömrəsinin çapdan çıxmasının 10 illiyi münasibətilə Rusiya paytaxtında Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil edilmiş təntənəli tədbir keçirilmişdir.Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbiri açaraq qeyd etmişdir ki, “İRS” jurnalı Azərbaycanı beynəlxalq aləmdə ləyaqətlə təmsil edir. P.Bülbüloğlu bir faktı yüksək qiymətləndirmişdir ki, jurnal Azərbaycan haqqında həqiqətləri dünya birliyinə yüksək səviyyədə çatdırmaqla çox mühüm bir missiyanı yerinə yetirir. Diplomatın sözlərinə görə, jurnal Azərbaycanın tarixi və müasir reallıqları, onun mədəniyyəti, təbiəti, memarlığı, incəsənəti, elmi, iqtisadiyyatı, xalqımızın zəngin adət-ənənələri haqqında müxtəlif dillərdə yüksək səviyyəli

Dekabrın 3-7-də Parisdə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilmişdir. Toplantıda Azərbaycan tar ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentiv siyahısına daxil edilmişdir. Dekabrın 7-də Hökumətlərarası Komitənin 7-ci sessiyasının işinə yekun vurulmuşdur.

Bu il dekabrın 19-dan 25-dək Muzey mərkəzi incəsənət həvəskarlarını öz növbəti layihəsi ilə - Venesiya tarixinə, Venesiya karnavalına və onun başlıca atributuna - sirlərlə dolu Maskaya həsr olunmuş “Venesiya maskalarının sirləri” sərgisi ilə sevindirəcəkdir. Venesiya karnavalı təkcə İtaliyada deyil, bütün dünyada ən yaddaqalan və gözoxşayan hadisələrdən biridir. Karnaval ənənələrini davam etdirən bu sərgi incəsənət həvəskarları üçün yeni il hədiyyəsi olacaqdır.Venesiya öz təkrarolunmaz koloriti ilə həmişə rəssamları ilhama gətirmiş və hər kəs nadir gözəlliyi ilə sevilən bu şəhərin saysız-hesabsız mənzərələrindən birini əsərlərində əks etdirməyə çalışmışdır. Sərginin tematikası rəssamlarda böyük maraq doğurmuş və onları bu mövzuda

Lerik rayonunun yüksək dağlıq ərazisində yerləşən Orand massivində qədim daş kitabələr aşkar edilmişdir. Aşkar olunan qayaüstü təsvirlərin ilk baxışdan yazı olmasını ehtimal etmək olar. Belə təsəvvür yaranır ki, əvvəlcə qayanın üzəri hamarlanmış, onun səthinə oyma üsulla yazılar həkk olunmuşdur. Bəzi yerlərdə aşınmaların olduğu da diqqəti cəlb edir. Ümumilikdə, bir neçə qaya səthi olmaqla, bu yazılar təxminən 80-100 metrlik məsafəyə qədər uzanır. Uzun müddət yaşadığı ərazinin tarixini və mədəni irsini tədqiq edən Lerik şəhər 3 nömrəli orta məktəbin tarix müəllimi Araz Qurbanov bildirmişdir ki, aparılan elmi-arxeoloji tədqiqatlar bir daha sübut edir ki, alt paleolit, orta paleolit, mezolit dövründən bu günə qədər Lerikdə həyat

2012-ci ilin 18 dekabr tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində "Nizami" sənədli filminin təqdimatı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı ad. "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş filmin rejissoru və baş operatoru R.Quliyev, ssenari müəllifi Y.Şeyxov, operatoru C.Quliyev, səs rejissoru M.Nadirov, icraçı prodüser T.Musayev, prodüseri M.Hətəmovdur.Həmin gün Nizami Kino Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyası Nizami Gəncəviyə həsr olunmuş qrafika əsərlərindən ibarət sərgi təşkil edəcəkdir.

İfaçılıqda xalq yaradıcılığının, vokal sənətinin, estrada janrının sintezi hər sənətkara nəsib olmur. Bunun üçün fitri istedad və böyük zəhmət tələb olunur. Təkraredilməz, məlahətli səsi, xarici görünüşü və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan Rəşid Behbudov belə ifaçılardandır.SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunmuşdur. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyici qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.Dekabrın 14-ü Rəşid Behbudovun doğum günüdür. O, 1915-ci ildə Tbilisidə xanəndə

123456789
Elanlar