az
en
Bu gün: 28 Mart 2017
Ana səhifə    Mədəniyyət xəbərləri
Mədəniyyət xəbərləri

 Artıq ənənəvi olaraq ölkəmizdə beynəlxalq muğam festivalı keçirilir. Növbəti “Muğam aləmi” üçüncücü Beynəlxalq muğam festivalının 2013-cü ilin Novruz bayramı ərəfəsində təşkil edilməsi planlaşdırılır. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək festivala, bir sıra ölkələrdən gələcək muğam

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə "Geniş baxış" tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edilmişdir. Müsabiqənin məqsədi yaradıcılıq istiqamətindən, janr və ifadə üslubundan asılı olmayaraq yüksək səviyyəli müəllif və ya kommersiya xarakterli filmlərin

Qubada Abbasqulu Ağa Bakıxanovun adını daşıyan tarix-diyarşünaslıq muzeyi üçün yeni bina tikilmişdir.

Qobustan Milli Tarix-Bədii Qoruğunun muzeyi Avropa Şurası tərəfindən müəyyən olunmuş "İlin ən yaxşı muzeyi" nominasiyasına daxil edilib.

Fransanın Sen-Jermen Muzeyində erməni və İran adı altında təqdim olunan Azərbaycan nümunələrinin adı dəyişdiriləcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib.

Dünyanın tanınmış Metropolitan Muzeyində Şah İsmayıl Xətaiyə aid arxiv materialları müasir standartlara uyğun şəkildə təqdim olunacaq.

Azərbaycan Milli Məclisi Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsini təsdiq edib.

Ermənistan musiqiçiləri Azərbaycanın tar ifaçılıq sənətinin UNESCO-nun “Maddi-mədəni irs” siyahısına daxil edilməsinə etirazını bildirib. “Armenpress”ə istinadən verilən məlumata görə, Ermənistanın qədim musiqi alətləri orkestri “Tkzar”ın qurucusu Karlen Mirzoyan UNESCO-nun bu qərarını anlaşılmazlıq və “erməni milli alətləri”nə diqqətsizlik kimi qiymətləndirib: “Tarzənlər əsasən Qarabağdan olublar.

Azərbaycan peşəkar teatrının 140 illik yubileyinin təsadüf etdiyi 2013-cü ildə həm də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (ADGTT) yaranmasının 85 illiyi tamam olur.  ADGTT-nin yaranmasının 85 ili təntənəli yubiley mərasimi ilə qeyd ediləcəkdir. Teatrda Azərbaycan və Beynəlxalq Teatr günləri ərəfəsində yeni yaradılan “Çardaq” səhnəsində yeni mono və

Dənizkənarı Milli Parkda Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa olunan yeni binanın Novruz bayramı ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulur. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO-nun birgə layihəsi əsasında inşa olunan yeni bina memarlıq üslubuna və qeyri-adi formasına görə

123456789
Elanlar