az
en
Bu gün: 25 İyun 2017
Ana səhifə    Mədəniyyət xəbərləri
Mədəniyyət xəbərləri

With the goal to improve and enrich the exposition, employees of Archeology Foundation of the National Museum of Azerbaijan History of ANAS have carried out relevant works.

Məlum olduğu kimi cari ilin 24-28 noyabr tarixində YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclası keçirilir. Sessiyanın bugünkü iclasında Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilmişdir.

Məlum olduğu kimi, Ermənistan tərəfindən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına lavaş "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilmişdir. Azərbaycanın etirazı, bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınmışdır.

“Böyük İpək Yolunda Tekstil” sərgisiAzərTAcın məlumatına əsasən, 2014-cü il oktyabr ayının 10 -dan noyabr ayının 08 -dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında Rusiya Etnoqrafiya muzeyinin külliyyatından (Sankt- Peterburq) "Qafqazın və Mərkəzi Asiyanın ənənəvi tekstili- Böyük İpək yolunun mirası" adlı sərgi keçiriləcək.

Əli TudəAzərTAcın məlumatına əsasən, oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “İRS” Komissiyasının təşkilatçılığı ilə görkəmli ədəbiyyat xadimi, tanınmış şair Əli Tudənin 90 illik yubileyi qeyd olunacaq. 

Simens qardaşlarıAzərTAcın məlumatına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin və Gədəbəy rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə oktyabrın 11-də Simens qardaşlarının Azərbaycanda fəaliyyətinin 150-ci ildönümü ilə əlaqədar Gədəbəy rayonunda bir sıra tədbirlər keçiriləcək.

“Azərbaycan təsviri sənəti – gəncliyə örnək” kitabıAzərTAcın məlumatına əsasən, “Abşeron” rəsm qalereyasında “Gənclərin töhfəsi” İctimai Birliyi (İB) tərəfindən “Azərbaycan təsviri sənəti – gəncliyə örnək” layihəsi çərçivəsində çap edilmiş eyniadlı kitabın təqdimatı keçirilib.

Mirzə Fətəli Axundzadə adına Azərbaycan mədəniyyət muzeyiAzərTAcın məlumatına əsasən, Gürcüstanda reallaşdırılmış Azərbaycan memarlıq layihəsi olan Mirzə Fətəli Axundzadə adına Azərbaycan mədəniyyət muzeyi beynəlxalq müsabiqədə ən yaxşılardan biri elan edilərək “Memarlıq mükafatı 2014” mükafatına layiq görülüb.

Naxçıvan Dövlət Xalça MuzeyiNoyabrın 8-də Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra, “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalının, “Naxçıvan xalçaları” sənədli filminin və muzeyin internet saytının təqdimat mərasimi keçirilmişdir.

Parisdə Azərbaycanın sədrliyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin büro iclası Oktyabrın 28-də Parisdə UNESCO-nun mənzil qərargahında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən büro iclasında dekabrın 2-dən 7-dək Bakıda keçiriləcək UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına dair məlumat təqdimatı olmuşdur. 

123456789
Elanlar